• Ca. Okt 3rd, 2024

İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir

ByVuqar Ferzeliyev

Sen 9, 2024

       Azərbaycan Avropa İttifaqının üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.  Ölkəmiz Şərq Tərəfdaşlığından kənar həmin dövlətlərlə ikitərəfli münasibətlər qurur və inkişaf etdirir. Azərbaycan Avropa İttifaqı ilə həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir,  Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.

       Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir. Bir daha qeyd edirəm, cənab İlham Əliyevin İtaliyaya son səfəri qlobal əhəmiyyətə malikdir, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir.

       Sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edən . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artır. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərir. İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.

       Prezident həmçinin deyib ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək. Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Ümidvarıq ki, İtaliya ilə sıx və səmərəli münasibətlər bu körpülərin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

        Mirfaiq Azadov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir