• Ç. Dek 11th, 2024

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

    Müstəqil dövlətimiz Azərbaycanın tarixi çoxlu əlamətdar tarixi hadisələrlə zəngindir. Bildiyimiz kimi, bu tarixi hadisələrdən biridə Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil və suveren Azərbaycan dövlətinin Konstitusiyasının qəbul olunmasıdır. 

   Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin yeni, müasir Konstitusiyasının hazırlanması olmuşdur. Ümumilli Lider Heydər Əliyev söyləmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

   Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabr ayının 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmişdir və onların da 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs vermişdirlər. Və beləliklə Dövlətimizin Əsas Qanunu olan Konstitusiyamız 1995-ci il noyabrın 27-də qüvvəyə mindi.

   Keçən  illər ərzində dövlətimizin yüksək inkişafı zamanı müasir dövrün tələblərinin yaratdığı zərurətlərlə əlaqədar olaraq Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Daha sonra 2002-ci il avqust ayının 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunmuşdur. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına ən etibarlı təminat verilməsindən və  sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişləndirilməsindən irəli gəlirdi.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir