• Şb. İyn 22nd, 2024

Müstqil dövlətimiz qürur mənbəyimizdir

ByVuqar Ferzeliyev

May 27, 2024

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. “27 sentyabr 2020-ci il tarixdən başlanan və 44 gün davam edən  Zəfər yürüşünün hər günü tariximizi qələbə səhifələri ilə zənginləşdirdi.

44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz   Ermənistanın  təbliğatının  istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulduğunu bir daha  30 ildə həqiqətləri eşitmək və görmək istəməyən dövlətlərə çatdırdı. Real olan budur ki, ermənilərin  tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır.

Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün  bərpası,  Azərbaycanın dünyada  layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Qanun ölkə ictimaiyyəti tərəfindən böyük  rəğbətlə qarşılanır. Azərbaycanın müstəqillik tarixi  1918-ci ildən başlanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  Azərbaycanın müstəqillik tarixində keçdiyi enişli-yoxuşlu yolun sonunda parlayan Azərbaycan üçün möhkəm təməlin yaranmasını  ətraflı şəkildə bugünkü və gələcək nəsillərə çatdırdı. 103 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Qalib,  müstəqil Azərbaycan hər bir azərbaycanlı  üçün qürur mənbəyidir.

Ramil Bağırov,

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə

Nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir