• Ca. Okt 3rd, 2024

O,  Azərbaycan dövlətçiliyini xilas etdi

ByVuqar Ferzeliyev

Sen 2, 2024

       Ulu Öndər Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, böyük düha sahibi torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə, onu parçalanıb yox olmaq təhlükəsindən qurtardı.

       Dahi siyasətçi xalqının ağır günündə Vətənə döndü, Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev “olum ya ölüm” savaşımızın ən ağır cəbhəsindən – Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Müasir daşnakların sovet sərhəd qoşunları ilə birləşərək üzük qaşı kimi mühasirəyə aldığı Naxçıvanda təkcə həmin bölgəmizin deyil, bütün Azərbaycanın müqəddəratı həll olunurdu. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Heydər Əliyev ermənilərin Naxçıvanı işğal etmək planını boşa çıxartdı.    

       Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü elan olunması dahi şəxsiyyətin hünər dastanının səhifələridir.

         Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Dəhşətli fəlakət məqamında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, Qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi.    

        Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanhazırda Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların üzvüdür. Azərbaycanın diplomatiya sahəsində uğurları göz qabağındadır. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilmişdir.Xalqımız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur, parlaq gələcəyə doğru inamla irəliləyir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının ordu quruculuğu, iqtisadiyyatın inkişafı və insanların sosial rifahı istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir.

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir