• Be. Okt 14th, 2024

ÖLKƏMİZİN REGİONDA ƏMƏKDAŞLIQ YARATMASI UĞURUMUZDUR

ByYenigun.news

İyn 9, 2021

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaza yeni baxış, münaqişədən sonra inkişaf və əməkdaşlıq mövzusuna tez-tez toxunur, 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə edir. Münaqişənin həllində ölkəmiz hər zaman konstruktiv mövqe nümayiş etdirib. Ancaq Ermənistan hökumətinin bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində olmadığını görən Azərbaycan yay aylarında törədilən hərbi təxribatlardan sonra adekvat cavab verməyə məcbur qaldı. Əslində, ermənilərin işğal etdiyi ərazilərimizdə qurduğu istehkamlar onlar həmin torpaqları geri qaytarmaq fikrində olmadığını təsdiqləyir. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti, sadəcə, danışıqların imitasiyası ilə məşğul olub. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan o dövrdəki Azərbaycan deyil və biz müharibədə bunu sübut etdik. Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, inkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Regionun inkişafı strateji prioritetdir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var. Bir sözlə, regional inkişaf baxımından yeni imkanlar yaranıb və biz bu imkanları dəyərləndiririk. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.

Rəşad Kərimov, Cəlilabad rayonu, Muğan kənd sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir