• Ç. Dek 11th, 2024

Qəsbkarlara layiqli cavab

ByVuqar Ferzeliyev

Noy 18, 2024

        Noyabrın 20-si Ağdam Şəhəri Günüdür. 2020-ci il noyabrın 20-si Ağdam şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

        “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu
ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
      Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

        Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Beləliklə, xalqımızın 30 illik Qarabağ həsrəti Vətən Müharibəsində qazandığımız Qələbə sayəsində başa çatdı. Vətən Müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi.

       Ağdamın azad olunması xalqımız üçün böyük qürurdur. Ağdam rayonunun hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

            Prezident İlham Əliyev. Deyib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Dövlət başçımızın səyləri və təşəbbüsləri sayəsində ermənilərin yer üzündən sildiyi, məhv etdiyi Ağdam yenidən tikilir, yenidən qurulur. Onlar işğal müddətində Ağdamda urbisid, kultursid, ekosid cinayətləri törədiblər, Ağdamda hər şeyi məhv edən erməni vandalları məzarlıqları, Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Ağdamıən ağ günlərə çıxması bizi istəməyənlərə, gücümüzü həzm etməyənlərə əyani cavabdır.


Mirsüleyman Mirxaslı,

YAP Cəlilabad Rayon Təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir