• C. Dek 13th, 2024

Qarabağ Bəyannaməsi                               

ByVuqar Ferzeliyev

İyl 10, 2024

                         Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək  kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham  Əliyevin əsas çağırışlarındaan biri budur ki, biz birlikdə güclüyük. Bu birliyin, həmrəyliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belə ki, Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab etdi və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verdi əməkdaşlıq əlaqlərinin genişləndirilməsi üçün böyük potensial olduğunu  .     Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda  qarşıda dayanan  prioritet məsələlərdən biridir. Bu reallıqlar bir daha tədbir iştirakçılarına çatdırıldı ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.                                                                                                        

            Tarixi  Zəfərimizdən sonra paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş                                            ərazilərimizin, xüsusilə Şuşanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilməsi qürurvericidir. Şuşa 2022-ci ildə bütün dünya azərbaycanlılarını, 2024-cü ildə isə Türk dövlətlərinin rəhbərlərini bir araya gətirdi, qarşıda dayanan hədəflər bu məkandan səsləndirildi. Azərbaycanın Türk dünyasının birliyinə töhfələri bütün Türk dövlətləri tərəfindən təqdir edilir. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.                                                        Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Böyük coğrafi məkanı əhatə   edəcəkdir  Qarabağ Bəyannaməsi Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək dir

 .

Sübabə   Vəliyeva

Saatlı rayon Rəsm Qalereyasının  direktoru 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir