• Şb. İyl 27th, 2024

Qarşılıqlı əməkdaşlıq regionun xoş gələcəyi deməkdir 

ByVuqar Ferzeliyev

İyn 7, 2024

        Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenariclasının iştirakçılarının qəbulu zamanı çıxışı ictimaiyyətdə və beynəlxalq baləmdə dərin maqraqla izlənmişdir. Prezsident bəyan etmişdir ki, Azərbaycanı və Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidentin dərin məzmunlu çıxışında  ikinci Qarabağ müharibəsində 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsindən sonra bölgədə yaranmış yeni siyasi və iqtisadi konfiqurasiyanın yaratdığı reallığları  bir daha diqqətə çatdırmış və verdikləri dəstəyə görə dost və qardaş ölkələrə ehtiramını ifadə etmişdir.

        Bu gün müharibənin bitməsindən xeyli keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Azərbaycan ordusu hər bir təxribat hərəkətinə layiqincə cavab verəcək.

        Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq.

        Qəbul zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və əsas diqqətini bu reallığa yönəldib.

        Beləliklə, aydın görürük ki, Azərbaycan və qardaş türk xalqları sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır:

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir