• Ca. İyl 25th, 2024

Rəğbət və inamın bariz nümunəsi

ByVuqar Ferzeliyev

İyl 5, 2024

        İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə toplantısı bütün dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Xüsusən də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu tədbirdə fəxri qonaq qismində iştirak etməsi maraqla qarşılanıb ki, bu da səbəbsiz deyil. Çünki Qazaxıstanın hazırda Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və Azərbaycan Prezidentinin şəxsən Qazaxıstan Prezidenti Tokayevin Tokayevin dəvəti ilə təşkilatın sammitində iştirak etməsi həqiqətən diqqətə layiqdir və ölkə rəhbərimizə olan dostluq münasibətinin, rəğbətin, eləcə də inamın, etimadın bariz nümunəsi olaraq qəbul edilməkdədir.

        Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə yanaşı, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə öz səsini və mövqeyini çatdırması üçün Şanxay Əməkdaşlıq Təşkilatının mühüm platforma olması deməkdir. Prezident İlham Əliyevin yüksək səviyyəli görüşlərdə iştirakı, çıxışları, ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılması özü təsdiq edir ki, həmin təşkilat məhz reallıqların qlobal müstəvidə ortaya qoyulması üçün vacib bir platforma olaraq qəbul edilməkdədir.

       Ümumiyyətlə, Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırıb: “Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşündə ölkəmizin iştirakı bu təşkilata daxil ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə oluğunun göstəricidir.

      2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

        Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.

       Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir