• Ca. Apr 18th, 2024

Rafiq Cəlilov Təzəkənd kəndində səyyar görüş-qəbul keçirmişdir

ByVuqar Ferzeliyev

Mar 10, 2022
9 mart 2022-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təzəkənd kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Görüşdə Rafiq Cəlilov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Cəlilabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı izahat işi aparılıb, araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir