• Ca. Okt 3rd, 2024

Regional təhlükəsizlik.

ByVuqar Ferzeliyev

Avq 22, 2024

Regional Təhlükəsizlik Sistemi Şərqi Karib regionunun mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq saziş. Regional Təhlükəsizlik Sistemi 1982-ci ildə regionun 1970-ci illərin axırları və 1980-ci illərin əvvəllərində sabitliyinin təhlükə altında olmasına görə yaradılmışdır.                                                                                                                                    Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 21 ildir müstəqil dövlət kimi balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan həm də unikal coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir. Azərbaycan Cənubi Qafqazda regional təhlükəsizliyi formalaşdıran ölkədir. Bu dövlət dünya nizamının yenidən qurulması dövründə Rusiyanın cənub sərhədlərində yeni təhlükəsizlik arxitekturasının təmin edilməsinin müzakirəsi üçün ən məntiqli tərəfdaşdır. Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özü də dünya miqyasında 155 ölkənin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.

Ələddin Zeynalov

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir