• Şb. İyn 22nd, 2024

Sülh və sağlam əməkdaşlıq örnəyinə çevrilən səylər

ByVuqar Ferzeliyev

İyn 10, 2024

         Prezident İlham Əliyevin cari ilin 8 iyunun tarixində Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat beynəlxalq aləmdə dərin rezonans doğurub və razılıqla qarşılanıb. İki ölkə arasında əlaqələrin dərin kökləri var. Qeyd etməliyik ki, hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlmiş və ölkəmizdən çox böyük təəssüratlarla ayrılmışdır.

         Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.

         Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib, mayın 7-də Misir Parlamenti tərəfindən qızıl medalla təltif olunub..

        Azərbaycan-Misir arasında iqtisadi-ticari əlaqələr daim dinamik inkişaf edib, iki ölkənin bu sahədə münasibətləri müxtəlif vaxtlarda imzalanan sənədlərlə getdikcə möhkəmlənib. Bu, 1994-cü il aprelin 7-də Qahirə şəhərində yaradılan Azərbaycan və Misir hökumətləri Müştərək Komissiyası tərəfindən kiçik və orta biznesin inkişafı, iş adamlarının fəaliyyətinin stimullaşdırılması, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə bu ölkənin İsgəndəriyyə limanı arasında əlaqələrin dərinləşdirilməsi kimi məsələləri əhatə edib.

Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki,son illər ərzindəticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Bundan başqa, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır. Düşünürəm ki, Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir.

Elnur Atakişiyev,

Lənkəran-Astara Regional Mədəniyyət

İdarəsinin Cəlilabad nümayəndəliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir