• Ca. İyl 25th, 2024

Şuşada keçirilən Zirvə görüşü Türk dünyasının Zəfər və Mədəniyyət sammiti oldu

ByVuqar Ferzeliyev

İyl 8, 2024

        İyulun 5-6-da dünyasının diqqəti növbəti dəfə Şuşaya yönəldi. Belə ki, regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə sammit baş tutdu. Zirvə görüşünün təşəbbüskarı olan Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında çox mühüm və qlobal mahiyyət daşıyan məsələlərdən bəhs edib. 

         Dövlət başçımız deyib ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

         2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”, – Azərbaycan Prezidenti deyib.

        Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa şəhəri həm də Türk dövlətləri tarixində 11-ci mədəniyyət paytaxtıdı,  tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərin simasında zəngin Azərbaycan mədəniyyətinin, o cümlədən də şəhərsalma mədəniyyətimizin izləri hər daşa hopub desək, yanılmarıq. Mədəniyyət xalqları birləşdirən ən etibarlı körpüdür. Hələ keçmiş sovet dönəmində şəhərin mədəni həyatı çox qaynar idi. Burada tez-tez ittifaqın hər yerindən gələn qonaqların işirakı ilə festivallar baş tuturdu. Vaqif poeziya günlərinin keçirilməsi ənənə halını almışdı. Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi anlamında qəbul olunur. Təəssüf doğuran haldır ki, 30 illik işğal dövründə zəbt olunmuş digər ərazilərdə olduğu kimi, Şuşanın da mədəni irsinə ciddi ziyan vurulub. Ermənilər qədim şəhərimizin xalqımıza xas olan izlərini itirmək və yaxud öznünküləşdirmək məqsədilə müxtəlif vandalizm əməllərinə əl atıblar. Qalib Azərbaycan postmüharibə dövründə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün ardıcıl addımlar atır.

        Şuşada – tarixi şəhərdə, mədəniyyət paytaxtında Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirilməsinin tarixi önəmi şübhəsizdir.

Muradlı Cəfər,

Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir