• Şb. İyn 22nd, 2024

Təminatlı təhlükəsizlik əsas şərtdir

ByVuqar Ferzeliyev

May 24, 2024

         Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsi mühüm  mesajlarla yadda qalıb. Dövlət başçımızın vurğuladığı kimi, Dubayda keçirilən 28-ci konfransdan sonra qərar qəbul olunub ki, COP29 Azərbaycanda keçirilsin. Bu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin apardığı siyasətin qələbəsidir ki, belə mötəbər, beynəlxalq platformanı Bakı şəhərində təşkil edirik.

      Hazırda bəşəriyyətin qarşısında duran ən aktual məsələ iqlim dəyişikliyi ilə bağlıdır: “Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin. 1993-cü ildən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ekoloji məsələlərə kifayət qədər diqqət ayrılıb.

Milli sərvətimiz olan Xəzər dənizində kifayət qədər çirklənmələr baş verir.  Ölkə ərazisində səhralaşma prosesi baş verir. Uzun illər nəzarətsizlik şəraitindən istifadə olunaraq meşələrin kortəbii qırılması baş verib. Yeraltı və yerüstü su ehtiyyatları kifayət qədər azalıb. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur. Hesab edirəm ki, Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir. Mən bunu alqışlayıram və hesab edirəm ki, xalqımız da yekdilliklə belə bir tədbirin Azərbaycanda keçirilməsindən razılığını, məmnunluğunu bildirir.

Prezident İlham Əliyev deyib ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır.

Rüstəm Rüstəmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir