• Şb. Noy 2nd, 2024

Tarixlər şahidi Qubadlı

ByVuqar Ferzeliyev

Okt 23, 2024

        Azərbaycanın Silahlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı.

       Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. 
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır. 

      Tarixi abidələrlə zəngin yurd yerlərimizdən biri olan Qubadlının adı. bir mənbəyə görə  dörd əsr bundan əvvəl  yaranmışdır, XVI əsrin sonunda  Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını  daşıyır.  Burada tarixi abidələr çoxdur. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 belə abidə var. “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı Qubadlı bu  günümüzə tarixin keşməkeşli yollarından  keçib gəlmişdir. qalası, Xocamsaxlı kəndindəki abidələr özünün tarixi əhəmiyyəti ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağından azad edilmişdir. Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. 

        Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin  məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq  qəhrəmanı Qaçaq Nəbinin yurdudur.

Prezident İlham Əliyev demişdir: “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.

       Bəli, qoy bütün nəsillər bilsin ki, Qubadlı torpağının  tarixi uludur. Azərbaycanın bir parçası olan Qubadlı Odlar diyarının od ürəkli balası, qəhrəmanlıq qalasıdır. Biz həmişə güclü olmuşuq, bizə heç kəs bata bilməz.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir