• Bz. Mar 3rd, 2024

Türkiyə-Azərbaycan qardaşlığı dünyanı heyrətə gətirir

ByVuqar Ferzeliyev

İyn 1, 2022

Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çox geniş və mənalı çıxış edib. Bu çıxışda əsasən Türkiyə ilə Azərbaycanın münasibətlərinə toxunulub və qeyd edilib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Vurğulanıb ki, ötən əsrin əvvələrində Azərbaycana yardıma gəlmiş türk ordusunun və türk sərkərdələrinin rəşadəti hər bir azərbaycanlının qəlbində daima yaşayacaq. Eyni zamanda, Qarabağ savaşında Türkiyə əvvəldən sonadək hər zaman bizim yanımızda olub.

   Bəşəriyyət yarandığı gündən bu günə kimi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nümunəsinə rast gəlmək mümkün olmayıb. Çünki bizim dostluğumuzun mayasında “Bir ananın iki oğlu” qayəsi dayanır. Qars Müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsinin imzalanması bir daha subut etdi ki, Türkiyə və Azərbaycan hər zaman qardaşlıq əlini bir-birinə uzadacaqdır.

   Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Türkiyə və Azərcaycan qardaşlığı bütün dünyanı heyrətə gətirəcək gücə sahibdir. Bizim qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir-birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da, buna nail ola bilməmişlər. Çünki bizim dostluğumuz heç bir marağa, mənafeyə söykənmir. Bizim qardaşlığımız milli maraqlar üzərində qurulub.

   Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 ilə yaxın işğal altında qalmış qədim Şuşa şəhərinə səfəri və orda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Şuşa Bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir-birinin arxasındadır. Eyni zamanda bu regionda sülhün, təhlükəsizliyin və sabitlyi bərqərar olunmasına xidmət edir. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artıb. Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcıdır. Bəyannamə Türkiyə ilə Azərbaycanın gələcək çoxşaxəli əməkdaşlığının yol xəritəsidir.
    Bəyannamə Azərbaycan-Türkiyə əməkdaşlığının bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir və bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığı əks etdirir. Şuşa Bəyannaməsi iqtisadi müstəvidə perspektiv sahələrdə birgə əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açır. dir. Sənəddə həmçinin qarşılıqlı investisiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müddəalar yer alır. Bu isə iki dövlət arasında ticarət dövriyyəsinin daha da artmasında mühüm rol oynayacaq. Nəticə etibarı ilə, Şuşa Bəyannaməsi regionun gələcək inkişafının mühüm təməli kimi qiymətləndirilməlidir

Aydın Hüseynov, Cəlilabad şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir