• C. Apr 19th, 2024

VƏTƏNƏ BAĞLILIQ, SƏDAQƏT VƏ HƏRBİ BORC
HƏR BİR GƏNCİN AMALI OLMALIDIR

ByVuqar Ferzeliyev

Fev 5, 2022
 Prezident İlham Əliyev Fevralın 2-də Azərbaycan gənclərinin forum nümayəndələrinin bir qrupu ilə görüşdə çıxış edərək bildirmişdir ki, hamınızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, yetişdirməkdir.Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etmək lazımdır.Azərbaycan gəncləri-bugünkü və sabah gələn gənclər də gərək bilsinlər ki, hər bir azərbaycanlının milli borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.
 Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Azərbaycan dövləti ölkə gənclərinin bütün problemlərini həll edib, onlara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərin də dövlətin etimadını hər addımda doğruldur, bütün sahələrdə xalqımıza üz ağlığı gətirirlər.
 Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxan da görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir. Hesab edirəm ki, bu da Azərbaycan gəncliyinin ən yaxşı nümunələrindən biridir. Dövlət başçısı da forumdakı çıxışında Vətən müharibəsində gənclərin həlledici rolunun olduğunu qeyd etdi və dedi ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz bu gün haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
   Ordu quruculuğu Azərbaycanda dövlət üçün həmişə prioritet olub. Ordu quruculuğu istiqamətində həyata keçirilən qlobal tədbirlər, müxtəlif miqyaslı təlimlər, müxtəlif səviyyəli beynəlxalq təlimlər, ordunun ən müasir silahlarla təchiz edilməsi şəxsi heyətin döyüş hazırlığı, müxtəlif tədbirlər, Ali Baş Komandanın Vətən müharibəsinə qədər ön xətdə, səngərlərdə hərbi qulluqçulara tövsiyələri, xidmətdə fərqlənənləri mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmişdi. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındaydı. Vətən müharibəsində qazandığı qələbə onun qüdrətini daha da artırdı.

Ermənistan silahlı birləşmələri sentyabrın 27-də müxtəlif istiqamətlərdən, müxtəlif növ silahlardan, artilleriyadan istifadə etməklə böyük təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə hücum etdi. Ordumuz işğalçıların hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı – Vətən müharibəsi başladı.
Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.
Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir