• Ça. Sen 27th, 2022

VƏTƏNDAŞLAR VAKSİNASİYA PROSESİNDƏ FƏAL OLMALIDIR

ByYenigun.news

İyn 23, 2021

Məlum olduğu kimi, bu il yanvarın 18-də Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Həmin vaxtdan bu günə qədər ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı milyonlarla insan vaksin edilib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan vaksinlənmiş şəxslərin sayının əhalinin ümumi sayına nisbətinə görə MDB ölkələri arasında ikinci yeri tutur. Bu arada qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada dinamik azalma müşahidə olunur. Təbii ki, bu azalmada vaksinasiyanın da rolu xüsusi vurğulanmalıdır.
Yeni növ koronavirus infeksiyası əleyhinə vaksin vurdurandan sonra immunitet dərhal formalaşmır. Bunun üçün ikinci dozadan sonra ən azı 2 həftə keçməlidir. Fərddən asılı olaraq, bu müddət uzun ola bilər. Yalnız bundan sonra immunitet formalaşmış hesab olunur.

   Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

   Bu bəladan qurtulmaq üçün hər kəs fəallıq göstərməlidir. Gözəgörünməz düşmənlə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya - tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, gigiyena qaydalarına əməl olunmasına riayət etməyə səsləyirəm. İstər ictimai nəqliyyat vasitələrində, istərsə də qapalı məkanlarda qorunma tədbirlərinə nə qədər doğru şəkildə əməl olunsa, bir o qədər çox qorunmuş oluruq. Xəstəliyi əvvəl keçirənlər və peyvənd olunanlar da hər kəs kimi qorunma tədbirlərinə əməl etməlidirlər”.

Mütəxəssis söyləyib ki, total şəkildə vaksinasiya aparılarsa, qısa müddətdə dünyada virusa yoluxma sayında azalma müşahidə edilə bilər.

  Koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur.  Əlbəttə ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə peyvəndləmə əhəmiyyətli rol oynayır. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq. Eyni zamanda, insanlar da peyvəndləmə prosesində aktiv iştirak etməli, cəmiyyətimizin sağlamlığı naminə kütləvi təşəbbüslərlə çıxış etməlidir.

   Gəlin ayıq-sayıq olaq. Bu xəstəlik elə düşməndir ki, yaşa da baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.

Rafiq Abışov, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.