• Ca. İyl 25th, 2024

XXI əsr türk Dünyasının inkişaf əsri  olmalıdır

ByVuqar Ferzeliyev

İyl 10, 2024

         Türk dövlətlərinin liderlərinin səmasında azadlıq bayrağı dalğalanan Qarabağda bir araya gəlməsi, Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən Zirvə toplantısı təkcə Azərbaycan üçün deyil,bütün Türk dünyası üçün tarixi hadisədir.6 iyul 2024-cü il Qarabağ Bəyannaməsi milli düşüncəmizdə və təqvimimizdə yeni bir səhifənin başlanığıcı kimi dəyər qazandı.

         Bu gün Azərbaycan Türk Dünyasının birliyi üçün sadəcə ideoloji mərkəz olaraq tarixi missiyasını yerinə yetirmir,həm də  ümumitürk  birliyinin bütün istiqamətdə möhkəm təməllər üzərində inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir.

         Şuşa Zirvə görünüşünün siyasi nəticəsi olaraq imzalanmış “Qarabağ Bəyannaməsi”Cənubi Qafqazın dəyişən geosiyasi və geoiqtisadi mühitində dost ölkələrin hərtərəfli əməkdaşlığa  dair mövqeyinin müəyyən edilməsini nəzərdə tutur.Şübhəsisiz ki,Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbəsi onu beynəlxalq maraqların müzakirə meydanına çevirmişdir.Bu baxımdan “Qarabağ Bəyannaməsi”Azərbaycanın regional güc statusunu daha da  qüvvətləndirir.

         2020-ci ildə əldə etdiyimiz tarixi zəfərimizdən sonra qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran “Şuşa Bəyannamə”sinin imzalanması,Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sisteminin önəmli bir parçasına çevirilməsi qardaş türk ölkələrinin XXI əsrdəki böyük tarixi naliyyətidir.

         Türk Dövlətləri Təşkilatının yaxın gələcəklə bağlı məqsəd və  məramını ifadə edən Qarabağ Bəyannaməsi isə birliyimizin daha da möhkəmlənməsinə böyük töhfələr verəcək və tarixi əhəmiyyət daşıyan mühüm siyasi sənəddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir