• Şb. İyn 22nd, 2024

Yaşıl dünya uğrunda

ByVuqar Ferzeliyev

May 24, 2024

         Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə vurğulayıb ki,  əƏgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.

       COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.

COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik.Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.

       Azərbaycan çox mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu tədbir özü-özlüyündə olduqca aktualdır, qlobal problemlərin həllinə həsr olunub. COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı əslində bəşəriyyətin gələcəyini təmin edəcək qədər vacib və aktual tədbirdir. Dövlətimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu tədbirə ev sahibliyi etmək üçün təşkilatı işləri həyata keçirməyə başlayıb: “Çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Azərbaycan Prezidenti “Euronews”a müsahibəsində də məhz bu məsələlərə toxunaraq, Azərbaycanın bu vaxta qədər beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin olduğunu dilə gətirdi. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycanın qazandığı mühüm uğurlar da vurğulandı.
        Belə tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsinin olduğunu bildirən dövlət başçısı, başqa məsələlərə də toxundu. Azərbaycan qazıntı yanacağına sahib olan ölkələrdən biridir, amma ölkəmizin təcrübəsində, həm də COP-un vəzifə və məqsədləri ilə uzlaşdırılan prosesə çevrilib. Ölkə rəhbəri qazıntı enerjisinə malik olan ölkələrin buna görə ittiham edilməməsinin, əksinə bu sahədən gələn gəlirlərin qlobal iqlim dəyişiklikləri kontekstində səfərbər edilərək problemlərin həll edilməsinə yönləndirilməsini qeyd etdi. Bu gün Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək.

Fərid Quliyev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsində baş mexanik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir