• Ca. İyl 25th, 2024

Yeni əməkdaşlıq perspektivləri

ByVuqar Ferzeliyev

İyl 8, 2024

Azərbaycan xalqının ənənələrinin bir rəmzi olan, zəngin və görkəmli tarixə sahib Şuşa dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş, bir çox məşhur sənətkar, musiqiçi, memar, rəssam və yazıçının yetişdiyi qədim şəhərdir. Uzun illər erməni işğalı altında qalan Şuşa 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən həmin il noyabrın 8-də azad edilib. Qarabağda 30 il davam edən işğal Can Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra başa çatmışdır. Bu tarixi Zəfərdən böyük qürur və sevinc duyuruq. Qarabağ, o cümlədən Şuşa 44 günlük Vətən müharibəsində və sonra yaşanan hadisələr baxımından Türk dünyasında birliyin rəmzinə çevrilib.

       Prezident İlham Əliyevin cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışıda vurğulamışdır ki,  türk dövlətlərinin rəhbərlərinin Şuşa toplantısı sıx əməkdaşlıq və inteqrasiya niyyətlərini ortaya qoydu. Bunun üçün kifayət qədər əsas, ən münasib şərait mövcuddur. Dövlət başçımızın göstərdiyi kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.

 Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

 Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir;

 Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün səylərini əsirgəməyəcək. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir ki, bu da tükənməz iftixar hissi doğurur.

Zaur İsazadə,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir