• C. Noy 15th, 2024

Azərbaycan iqlim dəyişikliyi məsələsinə çox həssas yanaşır

ByVuqar Ferzeliyev

Noy 14, 2024

          Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) xüsusi əhəmiyyətə malikdir. Çünki Sammit dayanıqlı enerji həllərinə keçidin sürətləndirilməsinə, eləcə də getdikcə intensivləşən iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının hazırlanmasına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un
Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu haqda müfəssəl məlumat verilib.

       Dövlət başçımız dərin məzmunlu çıxışında göstərib ki, Azərbaycan bu gün iqlim dəyişikliyi məsələsinə çox həssas yanaşır. Baxmayaraq ki, ölkəmiz 200 illik neft-qaz çıxarmaq tarixinə malikdir. Bununla belə ətraf mühitin qorunması bizim üçün əsas məsələlərdən biridir. Düzdür, 1993-cü ilə, yəni Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər bu məsələlər dövlət səviyyəsinə çatdırılmamışdı. Lakin bununla belə hazırda bu bizim strategiyamızın əsas xəttidir Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

       Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu
yaxınlarda bitəcək. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki
giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır.

        COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr
arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq.
COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.

        COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin, xalqımızın növbəti böyük uğurudur. Prezidentimizin bu iri miqyaslı beynəlxalq tədbirdə söylədiyi fikirlərlə tam razıyıq və onu tam dəstəkləyirik. Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixiqələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir. Azərbaycanda keçirilməsindən razılığını, məmnunluğunu bildirir.

Nurlan Ağamaliyev,

YAP Cəlilabad rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir