• C. Noy 29th, 2024

Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır

ByVuqar Ferzeliyev

Mar 13, 2023

Xəbər verildiyi kimi, paytaxtımızda martın 9-11-də X Qlobal Bakı Forumu keçirilib. Artıq sayca 10-cu Qlobal Bakı Forumu Nizami Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Forumda “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda geniş müzakirələr aparılıb. Bakı forumunda dünya ölkələrinin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Bununla yanaşı, tədbirə dünyada tanınmış keçmiş dövlət və hökumət başçıları, ictimai xadim və siyasət adamları da qatılıblar. Bu, Qlobal Bakı Forumunun gərəkli beynəlxalq tədbir olduğunu göstərir.

Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır. Keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur. Belə bir forumun Azərbaycanda keçirilməsi isə ölkəmizin beynəlxalq nüfuzunu artırır.

Prezidenti İlham Əliyev Forumun açılışında çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq.

“30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var.

Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Prezidentimizin çağırışlarını bəyənirik və inanırıq ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək.

Həsənxan Qasımov,

Cəlilabad rayon Su-kanal sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir