• Bz. Noy 24th, 2024

Biz Qarabağda əbədi yaşayacağıq!

ByVuqar Ferzeliyev

Mar 24, 2024

Azərbaycanın Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən aylar keçsə də, zəfərimizin sevinci də, zəfərli yolumuz da, hər gün əziz Qarabağa yeni qayıdışlarımız da davam edir. Azərbaycan xalqı Xankəndiyə də müzəffər xalq kimi qayıdıb.  Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin bayram tonqalı alışdırmaq üçün gəlişi qələbəmizin və zəfər yolumuzun son  mənzilidir, Qarabağa möhtəşəm qayıdışımız deməkdir.

          Üç onillik idi ki, biz bu yerlərə ayaq basa bilmirdik, çünki Qarabağ işğal altında idi. Ancaq daxilən, fikrən heç vaxt bu gözəl diyardan ayrı düşməmişdik, xəyallarımız həmişə bu yerlərdə gəzib dolaşırdı. 44 günlük Vətən müharibəsində işğaldan azad olunandan sonra aydın şəkildə görünür ki, elə Qarabağ da eyni həsrət və yanğı ilə öz doğmalarına qovuşacağı günləri gözləyib. İşğalın davam etdiyi üç onillik ərzində mənfur düşmən Qarabağımızın sinəsinə yaralar vurub, burada ağlasığmaz vandalizm əməlləri törədib.

        Lakin bütün bunlar heç bir nəticə verməyib. Xankəndinin tariximizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı bir daha vurğulayıb ki, Xankəndi  Azərbaycanın görkəmli memarlarının inşa etdiyi şəhərdir.. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Xankəndiyə səfəri çərçivəsində çıxışında deyib.

        Qeyd edək ki, Xankəndi şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Onun azad edilməsi ədalət savaşımızda müharibəmizdə sonuncu akkord oldu. Prezident demişkən, biz buraya qalib kimi gəlmişik, şəhidlərimizin qanı, qazilərimizin igidliyi sayəsində gəlmişik, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərə, qazilərə dərin hörmət varr, onların qəhrəmanlıqları unudulmur.

        Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.

        Xankəndi ilə bağlı bayram çıxışından görürük ki, ölkə başçısı bundan nə qədər sevinir. Təbii ki, bu sevinci bütün xalq yaşayır. Prezident Xankəndidə Zəfər meydanının elan edilməsi çox böyük hadisədir. Bu, prezidentimizin xüsusi diqqəti deməkdir. Bu, bütün xalqımızın iradəsinin ifadəsidir.

                                                                                                             Abdul Rzayev,

                                        Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir