• C. Noy 29th, 2024

Ermənilərin revanşist siyasəti iflasa məhkumdur

ByVuqar Ferzeliyev

Sen 22, 2023

       Azərbaycanın sentyabrın 19-da antiterror tədbirlərinə başladığı Qarabağ iqtisadi rayonunda vəziyyət bir gün tamam olmamış dəyişdi. Tanınmamış qondarma qurum, erməni separatçıları hərbi qüvvələrini tərksilah etməyə və regionun erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Bakı ilə danışıqlara başlamağa razı olduqlarını bəyan etdilər. Rəsmi Bakı da bəyanatla çıxış etdi. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, “Rusiya sülhməramlı kontingenti vasitəsilə daxil olmuş Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciəti nəzərə alınaraq, sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub”.

        Dünya birliyinə, o cümlədən, erməni təxribatlarını görməzdən gələrək ona dəstək verməkdə davam edən qüvvələrə yaxşı məlumdur ki, ardıcıl olaraq sərhəddə silahlı toqquşmalar təşkil edən qonşularımızın əsas məqsədi aparılan sülh danışıqlarını pozmaq, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışmaqdır. Aydın görünür ki, ermənilər revanşist əhval-ruhiyyədən əl çəkməyib.  Azərbaycan ordusu da buna cavab olaraq ermənilərin həm canlı qüvvələrini, həm də külli miqdarda olan silah-sursatını, hərbi texnikasını sıradan çıxartdı. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular.

      Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.

       2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.

        Növbəti Qələbəmizin yaratdığı reallıqlar fonunda sülh müqaviləsinin tezliklə imzalanacağına inamımız böyükdür. 2023-cü il 20 sentyabr tarixində xalqa müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki,“Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin”.

Zeynəddin İbrahimov,

Cəlilabad rayon sakini, şəhid atası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir