• Be. Noy 25th, 2024

ERMƏNİSTAN TÖRƏTDİYİ CİNAYƏTLƏRƏ GÖRƏ MÜTLƏQ CƏZALANDIRILMALIDIR

Byadmin

Okt 2, 2021

Prezident İlham Əliyev “Franse 24” televiziya kanalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı: “Ali Baş Komandan, Prezident İlham Əliyev növbəti dəfə öz konkret mesajlarını verərək bəyan etdi ki, biz haqq yolundayıq, doğru yoldayıq və beynəlxalq aləm, beynəlxalq təşkilatlar da haqqın, doğrunun tərəfində dayanmalıdır”.Müsahibə əsnasında Fransanın mövqeyi ilə də bağlı suallar yaranıb. Dövlət başçısı müharibə zamanı əsir götürülən bütün hərbi əsirlərin Ermənistana qaytarıldığını bildirib. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edildiyini diqqətə çatdırıb.
Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb və ona görə də bütün qlobal layihələrdən kənarda qalıb, əksər beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində işğalçı kimi tanınıb. Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərə görə beynəlxalq müstəvidə cəzalandırılmalıdır.

  44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyə, kapitulyasiya aktını imzalamağa məcbur olub: "30 il ərzində BMT qətnamələri icra olunmayıb, Ermənistan beynəlxalq təpkilərə məhəl qoymayıb, təyinatı birbaşa münaqişənin həllinə yönəlik olan təsisat - ATƏT-in Minsk Qrupu isə heç nə edə bilməyib. Sonda Azərbaycan haqq-ədaləti öz gücü, öz cəsarəti, öz əzmi hesabına bərpa etdi. Azərbaycan BMT-nin qətnamələrini məhz özü icra etdi.Prezident jurnalistin Azərbaycanın Ermənistandan ərazi iddiasının olub-olmaması ilə bağlı sualını da dolğun cavablandırıb.  Prezident deyib ki, “Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər”.
  İşğaldan azad olunan torpaqlar erməni vandalları tərəfindən viran edilib: Bütün beynəlxalq təşkilatlar, müvafiq təsisatlar gəlib bunları öz gözləri ilə görməlidirlər və Ermənistanın necə vandal xislətə sahib olduğuna əyani şəkildə şahidlik etməlidirlər. Bu, hələ ərazinin mənzərəsidir. Unutmaq lazım deyil ki, həmin işğalçı ermənilər həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində minlərlə günahsız insanı yaşamaq hüququndan məhrum edib, onları qətlə yetirib, yüzlərlə uşağın ölümünə baiskar olub, sayı-hesabı olmayan müharibə cinayətləri törədib, Xocalı soyqırımı kimi böyük faciəyə, qırğına imza atıb. Ona görə də Ermənistan törətdiyi məlum cinayətlərə görə mütləq cəzalanmalıdır və bundan sonra ədalət daha geniş və qlobal miqyasda öz hökmünü verməlidir.

Orxan Əzimov, Cəlilabad RTŞ məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir