• Ça. May 14th, 2024

imzaiBİZƏ SÜLH VƏ ƏMİAMANLIQ LAZIMDIR

Byyenigun

Yan 18, 2022

Prezident İlham Əliyevin dekabrın 12-də yerli telekanallara müsahibəsində bir sıra əhəmiyyətli məsələlərə aydınlıq gətiməklə yanaşı, rəsmi Bakının bölgədə yaranmış yeni situasiya ilə bağlı mövqeyini də açıq ortaya qoydu. İlk növbədə ilin əvvəlində baş verən Qazaxıstan olayları və bu fonda Rusiyanın regionda yaratdığı təhlükəli vəziyyətin Azərbaycana mümkün təsirləri ilə bağlı prezidentin açıqlamalarından mühüm nəticələr çıxarmaq olar. Azərbaycanın mövqeyinin açıqlanması regionda maraqlı olan qüvvələrə mesaj verilməsi məqsədini daşıyırdı.
Azərbaycan bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçriləcəkdir. Prezidentin açıqlamalarından ilk növbədə anlaşılan odur ki, bugünlərdə Kəlbəcər rayonu istiqamətində ermənilər tərəfindən təxribatların törədilməsinin altında Ermənistanın hazırda sədrlik etdiyi KTMT-nin Qazaxıstana hərbi qüvvə göndərməsindən “cəsarətlənməsi” dayanır.
Göründüyü kimi, rəsmi Bakı vaxtaşırı yalnış qənaətlərin təsiri altına düşən, postsovet məkanında cərəyan edən bəzi proseslərdən cəsarətlənib, xam xəyallara qapılmaq vərdişləri olan Ermənistana növbəti dəfə durmalı olduğu yeri tam dəqiqliyi ilə işarə etdi. İndi rəsmi İrəvan üçün xam xəyallardan uzaqlaşıb, yenidən reallığa dönmək vaxtıdır. Və müşahidələrə əsasən, rəsmi Bakının növbəti “dəmir yumruq” zərbəsindən sonra Paşinyan hakimiyyətinin artıq tədricən yenidən mövcud situasiyanın şərtlərinin dəyişməz qaldığını anlamağa başladığını düşünmək olar.
İlham Əliyev sülh müqaviləsinin tam olmasa belə, böyük dərəcədə müharibə riskini aradan qaldırdığını etiraf edir. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımamasına əsas kimi isə “1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi” kimi arqumentlər gətirir. Söhbət ondan gedir ki, Ermənistanla sülh müqaviləsi kənar qüvvələrin, ilk növbədə isə Rusiyanın regiona müdaxiləsi üçün bəhanə gətirə biləcəyi amili ortadan qaldırır. Məhz bu səbəbdən, prezident deyir ki, böyük dərəcədə müharibə riski bununla ortadan qalxır. Digər risk faktoru Ermənistanın gələcəkdə bu müqavilənin şərtlərinə əməl etməməsi ehtimalıdır ki, bu halda, İrəvanın istənilən aqressiyasının qarşısının alınması Azərbaycan üçün ciddi problem hesab olunmur.
Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi.
Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.
Ağaxan Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir