Hamını birləşdirən Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır. Xüsusilə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. Bu haqda mövqeyinizi eşitmək maraqlıdır Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir. Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr də təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin yeni prioritetini təşkil etməkdədir. Avropa İttifaqının Azərbaycanın ən vacib tərəfdaşlarından biri olması, quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığa dair sənədlər və bəyannamələr imzalaması, ölkəmizin ticarət dövriyyəsinin yarısından çoxunun Avropa İttifaqınin payına düşməsi və sair kimi mühüm məqamlar əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişafından xəbər verir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə dövlətimizin başçısı İlham Əliyev arasında telefon söhbətində Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regionda və dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir. İki nəhəng beynəlxalq güc mərkəzi ilə təmaslar Cənubi Qafqaz-Avropa İttifaqı və Cənubi Qafqaz-Çin əməkdaşlıq modelləri ətrafında müzakirələrin aparılmasını aktuallaşdırır. Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə qeyd etdiyi kimi, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Vaxt gələcək sözün əsl mənasında, Cənubi Qafqazda belə bir fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Çin şirkətlərinin Azərbaycana investisiya marağı əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir. Ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu investisiya axınını sürətləndirir. Azərbaycanda Çin şirkətlərinin fəaliyyəti, “Huawey” şirkətinin işğaldan azad olunmuş ərazilərdə mühüm layihələr icra etməsi təqdirəlayiq addımdır. Qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Avropa İttifaqına üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq sənədi və bəyannamələr imzalayıb. Xüsusilə təqdirəlayiq haldır ki, Azərbaycan və Çin beynəlxalq platformalarda bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir.
Vurğulamaq lazımdır ki, bu əlaqələrin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin gələcəyə hesablanmış siyasətinin uğurlarından irəli gəlir.
Arif Nəcəfov, Cəlilabad şəhər sakini, ziyalı