• Ç. Noy 27th, 2024

KOMMUNİKASİYALARIN AÇILMASI MÜHÜM ŞƏRTDİR

ByYenigun.news

May 25, 2021

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən videokonfrans vasitəsilə dövlətimizin və regionun gələcəyi ilə bağlı baxışlarımızın dünyaya çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iştirakçıların suallarının dolğun cavablandırılması ilə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verildi. Bununla da Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Prezident İlham Əliyev çıxışı Azərbaycan sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Bildirdi ki, nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.
Konfransda əsas mövzulardan biri Zəngəzur dəhlizinin açılması idi. Bu dəhlizin açılması ölkə iqtisadiyyatı və Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaradacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. “Zəngəzur dəhlizi ümumilikdə türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni, Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Maneələrə baxmayaraq, Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb.

  Ötən ilin 10 noyabrında İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya sənədinə qol çəkmək məcburiyyətində qalan Ermənistan indi kommunikasiya xətlərinin çəkilişi üçün səy göstərməlidir. Çünki məlum Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməlidir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Lakin Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən ritorikanı sərtləşdirməyə cəhd edirlər.

  Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şəraitin yaranıb. Azərbaycanın da bu prosesə tam hazırdır. “Dövlətimizin başçısı qeyd etdiyi kimi, Azərbaycan özü üzərinə düşən vəzifələri icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək. “Dəmir yumruq” hər zaman Ermənistanın başı üzərindədir, hər an düşməni əzməyə hazırdır. Bir sözlə, həm Ermənistan, həm də onlara yüz illər boyu havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil. Azərbaycan öz haqqı olanı alıb və bundan sonra da alacaq.

Vüsal Kazımov, YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir