• Şb. Noy 23rd, 2024

MİNA XƏRİTƏLƏRİNİN VERİLMƏMƏSİ
ERMƏNİSTANIN MƏNƏVİYYATSIZLIĞIDIR

ByYenigun.news

İyl 27, 2021

İlham Əliyev postmüharibə dövrünün yeni reallıqlarını dəyərləndirərək bir daha Ermənistanı Azərbaycanla hesablaşmağa çağırdı. Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır. Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Prezident müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri barədə də məlumat verdi. Bildirdi ki, müharibənin bitməsindən cəmi 8 ay keçməsinə baxmayaraq, Qarabağda böyük tikinti-quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, ilk növbədə, mina təmizləmə işləri də davam etdirilir. Ancaq onu da vurğulamalıyıq ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mina xəritələrinin Azərbaycana verilməməsini isə dövlət başçısı Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq, normal insani davranışa zidd olan yanaşma adlandırdı. Bu, bir daha Ermənistan rəhbərliyinin Azərbaycana qarşı olan nifrətinin, düşmənçiliyinin təzahürüdür.

Prezident dedi ki, Ermənistanın mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Çünki müharibə qurtarıb və Azərbaycan qalib gəlib. Ermənistan məğlubiyyətlə barışıb və bu gün mina xəritələrini vermirsə, demək, hansısa məqsəd güdür. Bu da bəllidir – daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Əlbəttə ki, bu, düşmənçilik və əsl erməni xislətinin təzahürüdür. Məhz bu səbəblərə görə də xalqımız heç nəyi unutmamalıdır. Erməni riyakarlığı, erməni məkri, təxribatları heç bir zaman unudulmamalıdır.
Ağdam istiqamətində xəritələrin verilməsinə qədər İrəvan onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Lakin 3 istiqamətdə 200 minədək minanı əhatələyən xəritələrin verilməsi Ermənistan hakimiyyətinin saxtakarlığını və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur.
Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.
Ağaxan Ağayev, Cəlilabad rayon təhsil şöbəsinin müdir əvəzi, Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir