• Ca. Noy 21st, 2024

Ölkəmizə böyük hörmətin göstəricisi

ByVuqar Ferzeliyev

Noy 14, 2024

      Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan üçün ətraf mühitin qorunması, iqlim dəyişikliyinə reaksiya verilməsi önəmli məsələlərdən biridir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

       Azərbaycanın paytaxtı uzun illərdir ki, dünya əhəmiyyətli, böyük görüşlərin, müzakirələrin və tədbirlərin paytaxtına çevrilib. Bakı bu cəhətdən hətta Vaşinqtondan, Londondan, Paris və sair şəhərlərdən geridə qalmır. İndi COP29-un keçirilməsi Azərbaycanın Bakını tədbirlər şəhərinə çevirmək arzusunu daha da reallaşdırır. Bir çox dövlətlər bu cür əhəmiyyətli tədbirləri Bakıda keçirməyə can atırlar. Keçirilən tədbirin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, dövlətimizin adı-sanı yüksəlir. Bu dövlət bütün dünyada özünün yaxşı və yüksək ənənələri ilə tanınmaqdadır. COP29-la bağlı keçirilən görüşlər, yəqin ki, populyarlığa yeni bir detallar gətirəcək. Çünki Bakı gözəlləşib, böyüyüb. Bakı müasir, modern şəhərə çevrilib. Üstəlik də dünyanın ən aktual problemlərindən biri olan dünyadakı iqlim və təmizlik problemləri müzakirə ediləcək. Zənnimcə, belə tədbirlərin həyata keçirilməsi ölkəmiz üçün böyük şərəf gətirir, böyük diqqət gətirir. Gələcəkdə ölkəmizin şöhrətinin daha da artması üçün böyük rol oynayacaq.

          Amma bir çoxları anlamaq istəmirlər ki, biz məhz planetin təhlükəsizliyi,  iqlim və təmizlik naminə bir araya gəlmişik. Görürük ki, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakı müşahidə edilmədi: Bu da onlar üçün itirilmiş fürsət oldu. Biz Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir.

       Başda Fransa olmaqla, bəzi dairələr Azərbaycanı gözdən salmaq, nüfuzuna xələl gətirmək, hətta daxili auditoriyada sammitlə bağlı qəzəb yaratmaq üçün hər yola əl atırlar. Burada ən çox Fransa detalı diqqət çəkir. Fransa bu gün canla-başla çalışır ki, COP29 ilə bağlı qara PR kampaniyası aparsın və tədbiri sabotaj etsin. Fikrimcə, hətta tədbirdən sonrasında da biz Fransa və Qərbin bu kimi antiazərbaycan mövqeyi və qara PR kampaniyası ilə üzləşəcəyik. Amma belə ucuz variantlar Bakını yolundan döndərə bilməz

        Dəyanət Əskərov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir