• C. Noy 22nd, 2024

PEYVƏNDLƏMƏNİN ƏHƏMİYYƏTİ
ÜMUMMİLLİ MƏSƏLƏDİR

ByYenigun.news

İyl 29, 2021

Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Əlbəttə, düşünürəm ki, vaksinin müsbət təsirlərini yaxın vaxtlarda görəcəyik. Çünki bu faktor dünya təcrübəsində özünü təsdiq edib.
Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. Onların da hər biri effektiv və təhlükəsizdir. Onun sözlərinə görə, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir: “İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş, yaxud zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar. Vaksinasiya yenidən sağlam və normal həyata dönüş deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin yeganə təminatıdır. Buna görə də, mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və aktiv olmağa, bütün çətin dönəmlərdə olduğu kimi, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür: “Vaksinasiya, ilk növbədə, həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Gəlin ayıq-sayıq olaq. Bu xəstəlik elə düşməndir ki, yaşa da baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Elnur Azadxanov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir