• C. Avq 22nd, 2025

Qəssablardan COVID-19 pasportu tələb ediləcək – RƏSMİ

ByYenigun.news

İyl 15, 2021

“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”.

Yenigun.news xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir:

“Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan sonra onların məntəqədə fəaliyyət göstərməsinə imkan veriləcək”.