• Bz. Noy 24th, 2024

Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır

ByVuqar Ferzeliyev

Mar 24, 2024

Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində deyilir ki,  hazırda düşmən tapdağından azad edilmiş Qarabağda geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

 Prezident deyib ki, Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Hazırda ölkəmizin qarşısında duran ən önəmli hədəflərdən biri işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirmək, şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyədə başa çatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrin başında isə Azərbaycanın yuridiksiyasının bərpası prosesində əməli addımların atılmasından ibarətdir. Rəsmi Bakı Xankəndiyə qayıdacaq sakinlərin həyat şəraitinin daha yaxşı olması üçün bir çox layihələr həyata keçirib və bundan sonra da keçirəcək.

 Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Həm də hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır.

Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

                                                                                                       Hikmət Qələmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

 Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir