• Ça. Dek 3rd, 2024

Qarabağda separatçıların izi-tozu qalmayıb

ByVuqar Ferzeliyev

Noy 12, 2024


      Bakıda Zəfər parkının açılış mərasimində Azərbaycan Prezidenti nİlham Əliyevin çıxışı hamımızın qəlbini riqqətə gətirmiş, təsirli mesajlarla yadda qalmışdır.  Dövlət başçımızın sözlərində dərin məna, tutarlı faktlar yer tuturdu.

        Prezidentimiz bir daha göstərdi ki, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik.

       Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi – ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar.

       Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb;

       Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır.
Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror
əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun       Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı

       Zəfər parkının açılışında Prezident İlham Əliyevin çıxışını dinləyərkən bir daha düşündük ki, doğrudan da güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur.  Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm də regional və qlobal əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.

Etibar Sadıqov,

Cəlilabad Dövlət

Peşə Təhsil Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir