• Bz. Noy 24th, 2024

Sağlam böyüyən gənc nəsil Azərbaycanın milli maraqlarına xidmət edir.

ByVuqar Ferzeliyev

Mar 27, 2024

     Dövlət müstəqilliyi qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti, uzaqgörənliyi nəticəsində Azərbaycanda elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi oldu və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər.

        Vətənpərvər gənclik Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfələrini verir. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncliyinin milli ruhda böyüdülməsi ölkəni hədəfə alan təhlükəli siyasi, sosial, mədəni meyillərə qarşı davamlı ictimai müqavimət formalaşdırır.
Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur və yeni nəslə ötürür. Milli şüurun qorunub saxlanmasında milli dəyərlərə söykənən dövlət quruculuğunun da rolu böyükdür. Əminliklə demək olar ki, qloballaşan dünyada Azərbaycan xalqı bu mənəvi xüsusiyyəti və milli ruhu bundan sonra qoruyub saxlaya biləcək. Çünki Azərbaycan dövlətçiliyi məhz bu dəyərlər üzərində qurulub və dövlətin siyasəti də buna yönəlib. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının şanlı tarixidir. Bu şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu məhv etmişdir. Ötən ilin sentyabrındakı bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa etdilmişdir. Bununla xalqmız milli ləyaqətini bərpa etmişdir. Məhz buna görə də bu gün Böyük Qələbəmizin sevinci ilə Novruz bayramını da qeyd edirik. Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra Novruz bayramı işğaldan azad olunan ərazilərdə də qeyd edilməsi ilə əlamətdardır. 30 ildən sonra artıq Qarabağda da Novruz bayramı tonqalları qalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bayram ərəfəsində böyük qürur hissi ilə bu torpaqlara səfər edir və bayram tonqallarını alovlandırır. Bu Novruz bayramı isə martın 18-də Xankəndi şəhərində Prezident İlham Əliyevin Novruz tonqalını alovlandırması ilə yadda qaldı. Dövlətimizin başçısı, həmçinin elə Xankəndindən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. Azərbaycan xalqı Qarabağda da Novruz tonaqalının qalanmasından böyük qürur hissi keçirir. Bu, tək bir nəfəri deyil, bütün dünya azərbaycanlılarının milli xoşbəxtliyidir. Böyük sevinc hissi ilə yaşayırıq. Əlbəttə ki, bu xoş anları bizə bəxş edən şəhidlərimizdir. Vətənpərvərliyin təbliği və milli dəyərlərin qorunması dövlət siyasətində önəmli yer tutur. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də mütəmadi olaraq təbdirlər keçirirlər. Belə ki, 30 ilə yaxın müddətdə keçirilən maarifləndirici tədbirlər gənclərin vətənpərvəlik ruhunu dah da yüksəldib. Həmin tədbirlərdə gənclərə vətənpərvərlik, hərbi vətənpərvərlik, milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcə də fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilib. Xüsusən orta və ali məktəblərdə vətənpərvərlik, milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr öz effektini verib.

Zəminə Əliyeva

Saatlı şəhər 2 nömrəli ümumi orta məktəbin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir