Xarici sərmayələrin Azərbaycan cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir . Ələt Azad İqtisadi Zonası beynəlxalq ticarət qaydaları çərçivəsində fəaliyyət göstərməsi xarici və yerli investisiyanın cəlb olunması üçün ən vacib və diqqətçəkən amillədən biridir. Eləcə də zonanın yaradılmasında ən mühüm hədəf qabaqcıl idarəetmə praktikasına uyğun olaraq yüksək əlavə dəyərli və ixracat üçün nəzərdə tutulan yerli istehsalı təmin etməkdir. Ölkə başçımız 1 iyul tarixində təməlqoyma mərasimində iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə vermiş və Zonanın ölkəmiz üçün vacibliyi barədə əhəmiyyətli açıqlamalar vermişdir. İlk olaraq Zonanın yaradılma ideyasından danışan dövlət başçımız bu ideyanın dövlət siyasəti ilə bağlı olduğunu vurğulamışdır. Siyasətimizin təməlində güclü iqtisadiyyata malik Azərbaycanın formalaşması ideyasının olduğunu nəzərə alsaq bu fikrin dərinliyini müşahidə etmiş olarıq. Ələt Azad İqtisadi Zonasının yaradılması qeyri neft sektorunun inqilabi dəyişikliyi deməkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, pandemiya planlarımızı təxirə salsa da, indi həm ölkəmizdə, həm də bir çox ölkələrdə pandemiya səngiyir. Təməl qoyma mərasiminin keçirilməsi Azərbaycanın bu prosesə tam hazir olduğunu göstərməkdədir.
Prezident İlham Əliyevin xarici investorların prosesə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlar Ələt Azad İqtisadi Zonanın ölkəmiz, region və dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malik oldugu göstərir: “Xarici sərmayənin bu prosesə cəlb edilməsi üçün ölkəmizdə saglam iqtisadi mühüt formalaşıb.
İllərdir həyata keçirilən beynəlxalq layihələrdə iştrakımız Azərbaycanın bu yöndə etibarlı tərəfdaş, stabil ölkə olduğunu nümayiş etdirib.
Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir. Neft asılılığından xilas olub qeyri neft sənayesinin inkişafına qədər mühüm bir dəyişkliyin şahidi olacağiq. Qarabağda Ordumuzun böyük qələbəsi, Azərbaycanda təhlükəsizliyin təmin edilməsi, sabitlik mühiti qoyulacaq sərmayənin şərtləndirən əsas amillərdəndir. Azərbaycan miqiyasca bu böyuk iqtisadi mərhələyə tam hazırdır. Prezident İlham Əliyevin və dövlətimizin dünyada yüksələn nüfuz və etibarlığı xarici sərmayadarları Ələt İqtisadi Zonasina cəlb edəcəkdir. Onu da demək lazımdır ki, indiki şəraitdə belə bir addımın atılması xüsusi cəsarət tələb edir. Çünki pandemiyanın dünya üçün yaratdığı ən böyük çətinliklərdən biri məhz beynəlxalq iqtisadiyyatın əsaslı dərəcədə azalması və dövlətlərin investisiya qoyarkən çəkinməsidir. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti tərəfindən atılan bu addım şübhəsiz ki, dövlətin özünə inamının və cəsarətinin ifadəsidir. Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. Çünki, ölkə başçımızın da söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, ən vacib infrastruktur layihələr icra olunub.
Qətiyyətlə və əminliklə demək olar ki, bu gün ölkəmiz investisiya qoyulması üçün bütün şərtləri özündə ehtiva edən ən güclü ölkələrdən biridir.
Saleh Məmmədov, Qarakazımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini