• Şb. Noy 23rd, 2024

Sumqayıt bulvarında çay 50 manata satılır — VİDEO

ByYenigun.news

Avq 9, 2021

Dəniz kənarında çay vətəndaşlara 40-50 manata satılır.

Yenigun.news xəbər verir ki, söhbət Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dənizkənarı restoranlardan gedır.

Vətəndaşlar deyir ki, adam dəniz kənarına ailəsi ilə getməyə peşman olur. Adi bir çayı 40 manatdan aşağı vermirlər. Etiraz edəndə isə sadəcə “yer yoxdur” deməklə kifayətlənirlər.

Boş olan yerləri göstərəndə isə deyirlər ki, bunlar depozitlidir.

Məsələ ilə bağlı “XəzərXəbər” olaraq həmin restoranlarda olduq. İnzibatçılar faktı təsdiq etsələr də, buna özlərinə məxsus şəkildə haqq qazandırmağa çalışdılar.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, dəniz kənarlarında vətəndaşlara qarşı edilən haqsızlıq tam olaraq araşdırlacaq. Ümumiyyətlə, qiymətlərə tam olaraq İqtisadiyyat Nazirliyi nəzarət edir. Ancaq yerli qrum olaraq, aidiyyəti təşkilatların da iştirakı ilə restoranlarda monitorinqlər təşkil ediləcək. Bu kimi hallara yol verən restoran sahibləri ciddi cəzalandırılacaq.(xezerxeber.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir