• Be. Noy 25th, 2024

Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur

ByVuqar Ferzeliyev

Apr 26, 2022

Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir. 2020-ci ilin dekabr ayında Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradından sonra Şuşada keçirilən Zəfər qurultayı qələbəmizin rəmzlərindən biri olmaqla yanaşı, milli həmrəyliyi, xalqımızın mübarizə ruhunu əks etdirir. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşıladı, bu onu göstərdi ki, bu, bizim tarixi torpağımızdır. Son illər Azərbaycan diasporunun fəaliyyəti cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir.
Beşinci Qurultay hadisə həmçinin, dünya ictimaiyyətinə yönəlmiş mühüm bir mesajdır. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlıdırlar. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb Prezidentimiz Qurultaydakı çıxışında dedi ki, bu işi daha da gücləndirmək vacibdir. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Azərbaycan məktəblərinin açılmasına hər zaman kömək göstəriləcəkdir. Ana dili əsas faktordur. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var.. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, – onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, – azərbaycanlılar öz sözünü demişdilər, əminik ki, bundan sonra da deyəcəklər. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşayacaq, artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək.
Aqil Nəzərov, Vətən müharibəsi iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir