• Ç. Apr 24th, 2024

Bu gecədən Qəzza zolağında atəşkəs olacaq

ByYenigun.news

May 21, 2021

İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağında atəşkəs elan edilməsi məsələsini səsverməyə qoyacağı bildirilib.

“Yenigun.news” xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Qurumu məlumat yayıb.

Bildirilib ki, sözügedən atəşkəs qərarı səsvermədə qəbuı edilərsə, 24 saat içində qüvvəyə minəcək.

KAN televiziyası məlumatı adını açıqlamadığı rəsmi şəxsə istinadən yayıb, Təl-Əviv administrasiyası isə məsələyə hələlik münasibət bildirməyib.

Ölkənin “Yediot Aharonot” qəzeti atəşkəsin başlama saatının Misir tərəfindən elan ediləcəyini yazıb.

***

İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağında atəşkəs elan edilməsi barədə məsələni səsvermədə qəbul etdiyi bildirilib.

Qeyd olunub ki, atəşkəs bu gecə 02:00-dan başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir