• Ça. Dek 6th, 2022

Türkiyə və Rusiya birgə vaksin istehsal edəcək

ByYenigun.news

May 5, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında “Sputnik V” vaksininin tədarükü məsələsi də gündəmdə olub.

“Yenigun.news” Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Türkiyə-Rusiya əlaqələrini inkişaf etdirəcək addımlar, COVID-19-la mübarizədə əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

Ərdoğan aparılan vaksinasiya çərçivəsində Rusiyadan Türkiyəyə göndəriləcək “Sputnik V” peyvəndinin nəqlinin planlaşdırılan şəkildə həyata keçirilməsini gözlədiklərini deyib.

“İki ölkənin bir çox sahədəki əməkdaşlığına vaksin istehsalının da daxil olmasından böyük məmnunluq duyuruq”, – Türkiyə lideri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir