• Be. Dek 9th, 2024

Azərbaycan hərbçiləri Göyçə mahalında daha bir yüksəkliyi ələ keçirdi

ByYenigun.news

May 22, 2021

Azərbaycan hərbçiləri Ermənistanla təmas xəttində, Göyçə mahalının (Geqarkunik)  Zərkəndi ( Kut) istiqamətində daha bir yüksəkliyi ələ keçirib.

Yenigun.news xəbər verir ki, bu barədə Ermənistanın hərbi-analitik portalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda hündürlüyün yeri müəyyənləşdirilib. Zərkəndindən (Kut) təqribən 6 km şimal-şərqdə yerləşir.

Burada təmas xətti dağların zirvələri boyunca uzanır.

Nəşr qeyd edir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlaya və bu yüksəkliyi özləri ələ keçirə bilərdilər.

Razm.info portalına istinadən xatırladırıq ki, həmin yüksəklik Azərbaycanın suveren ərazisində yerləşir və hərbçilərimiz erməni kəndçilərin dedikləri kimi öz torpaqlarına qayıdıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir