• Bz. Okt 13th, 2024

Putin məşhur azərbaycanlının nəvəsinin auditor təyin edilməsini təklif etdi

ByYenigun.news

İyn 22, 2021

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli senator Sergey Məmmədovun Hesablama Palatasına auditor təyin edilməsini təklif edib.

Vladimir Putin tərəfindən Federasiya Şurasına senatorlar Sergey Məmmədov və Nataliya Trunovayanın Hesablama Palatasının auditorları təyin edilməsi ilə bağlı təqdimat daxil olub.

Rusiya Prezidentinin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov təqdimatı verilən şəxslərin namizədliyinin təsdiqlənməsi məsələsinə Federasiya Şurasının sabah keçiriləcək plenar iclasında baxılacağını bildirib.

Qeyd edək ki, 2011-ci ildən Federasiya Şurasının üzvü olan Sergey Məmmədov məşhur azərbaycanlı, uzun illər SSRİ-nin Radio və Televiziya Yayımı üzrə Dövlət Komitəsinin sədr müavini olmuş Ənvər Məmmədovun nəvəsi, 1997-2003-cü illərdə Rusiyanın xarici işlər nazirinin müavini, 2003-2014-cü illərdə isə Rusiyanın Kanadadakı səfiri olmuş Georgi Məmmədovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir