• C. Sen 30th, 2022

Türk dövlətlərinin jurnalistləri İstanbulda toplanır — VİDEO

ByYenigun.news

İyn 3, 2021

İyun ayında İstanbulda Media Koordinasiya Komitəsinin ilk iclası keçiriləcək. 

Yenigun.news xəbər verir ki, bunu Mediatürk.TV-yə açıqlamasında Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov bildirib. 

Qurum rəsmisi əvvəlki toplantılardan fərqli olaraq bu dəfə təkcə dövlət media qurumlarının deyil, özəl qurumların da iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu hal Türk Şurası üçün çox önəmlidir.

Baş katib müavini bu istiqamətdə, xüsusilə, türk dünyasının daha da yaxınlaşması üçün  Mediaturk.Tv-nin böyük rol oynayacağına da ümid etdiyini deyib.

Media Koordinasiya Komitəsi Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin Bakıda keçirilən sonuncu toplantısında yaradılıb. Komitənin yaradılmasında məqsəd isə Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığı daha da institutlaşdırmaq və sistemləşdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.