• Ca. Apr 25th, 2024

AzTV-də yubiley filmi – Heydər Əliyevin nadir kadrları – VİDEO

ByYenigun.news

Apr 26, 2021

Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb. “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb. Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib. Filmdə nadir kadrlar da yer alıb. Belə ki, Ulu Önədər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış liseyin 1973-cü ildəki ilk buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunub. Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunub. “Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir