• Şb. Noy 23rd, 2024

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər

ByYenigun.news

May 8, 2021

İngiltərə Futbol Assosiasiyası (FA) Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ilə Çempionlar Liqasının finalının Türkiyə əvəzinə İngiltərədə keçirilməsinin mümkünlüyünü müzakirə edir.

Yenigun.news
 xəbər verir ki, bunu İngiltərənin nəqliyyat naziri Qrant Şepps mətbuat konfransında deyib.

“İngiltərə Futbol Assosiasiyası bu mövzuda UEFA ilə danışıqlar aparır. Finalın qəbul edilməsinə qətiyyən qarşı deyilik, amma təbii ki, son qərarı UEFA verəcək. İki ingilis klubunun finala çıxdığını nəzərə alsaq, nə deyəcəklərini gözləyirik”-deyə, o bildirib.

Qeyd edək ki, Böyük Britaniya Türkiyəni səyahət edilməsi qadağan olunan ölkələrin qırmızı siyahısına daxil edib. Belə ki, Türkiyəyə səfər edənlər ölkəyə geri qayıtdıqdan sonra 10 gün ərzində öz hesablarına hosteldə qalmalıdırlar.

Xatırladaq ki, Çempionlar Liqasının final görüşündə “Mançester Siti” və “Çelsi” furbol klubları qarşılaşacaq. Final qarşılaşması 29 mayda, Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionuda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir