• Ça. Apr 16th, 2024

Azərbaycan idmançıları haqlı qələbələri əldə etmişlər

ByVuqar Ferzeliyev

Apr 11, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Aparılan möhtəşəm tədbirlər öz bəhrələrini verməkdədir. Bu günlərdə biz Azərbaycan güləşçilərinin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında parlaq qələbəsinin şahidi olduq. Bu münasibətlə idmançılarımızı ürəkdən təbrik edirik.
Prezident İlham Əliyev Budapeşt yarışlarında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib və bu tədbirdə geniş məzmunlu çıxış edib.Prezident öz çıxışında ədalətli mübarizə qaydalarına toxunub və Azərbaycan idmançılarının həmişə bu qaydalara əməl etdiyini deyib. O, bildirb ki, Azərbaycan təkcə idman meydançalarında deyil, müharibə meydanında da qaydalarla döyüş aparır. Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu;
Lakin Prezidentin göstərdiyi kimi, hansı sahədə olursa olsun, qələbədən daha vacib ləyaqətdir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Hətta rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.
Dövlət başçısının qeyd etdiyi kimi, idmançılarımız gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.
Elçin Hüseynov, Cəlilabad Gİİ-nin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir