2023-cü ildən etibarən “Formula 1” üzrə Rusiya Qran-prisi Sankt-Peterburqda gerçəkləşəcək.
Yenigun.news xəbər verir ki, bu barədə yarış rəhbərliyi qərar çıxarıb. Qran-pri “İqora Drayv” avtodromunda olacaq.
Qeyd edək ki, Rusiyada “Formula 1” üzrə dünya çempionatının mərhələsi hələ ki, Soçidə təşkil edilir. Azərbaycandakı yarış 4 – 6 iyunda keçirilib.