• C. Noy 22nd, 2024

Həbsdə olan döyüşçü özünü asdı

ByYenigun.news

İyl 12, 2021

Amerikalı ağır çəkili döyüşçü Trevis Fulton həbsxana kamerasında özünü asmış vəziyyətdə tapılıb.

“Yenigun.news” “MMAFighting.com” saytına istinadən xəbər verir ki, Fultonu səhər saat 4:00 radələrində həbsxana işçiləri aşkar edib. Həm türmədə, həm də tibb şöbəsində onu həyata qaytarmaq mümkün olmayıb. Polis hadisənin intihar olduğu qənaətinə gəlib.  

Qeyd edək ki, MMA qaydaları üzrə keçirdiyi professional döyüşlərə görə dünya rekorduna malik döyüşçü uşaq pornoqrafiyasının hazırlanması və saxlanması ilə bağlı üç maddə üzrə ittiham olunub. Onu 70 il həbs cəzası gözləyirdi.

Polis baş verənləri özünəqəsd hesab edir. Məhkəmə protokollarına görə, Fulton ölümündən bir gün əvvəl iki ittiham üzrə günahını etiraf etdiyini bəyan edib. 

Bildirilir ki, 44 yaşlı Fulton MMA qaydaları üzrə 300-dən çox döyüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir