• Ca. Dek 26th, 2024

“Qarabağa görə münasibətlərimiz yeni mərhələyə qədəm qoydu” – Şenol Günəş

ByYenigun.news

May 15, 2021

“Azərbaycan bizim üçün doğmadır və insanlarına öz vətəndaşlarımız kimi baxırıq. Təlim-məşq toplanışına görə düşərgə seçmək üçün Bakıya gedərkən bunu hiss etdim”. 

“Yenigun.news” xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. 

O, komandasının AÇ-2020 qrup mərhələsinin oyunlarını keçirəcəyi Azərbaycanla münasibətlərdən danışıb: “Neftçi” klubunun məşq bazasına baxdım və orada yaxşı atmosfer hiss etdim. Azərbaycanla Türkiyə arasında gözəl əlaqələr var. Qarabağ məsələsinə görə münasibətlər yeni mərhələyə keçdi. Meydanda bizi dəstəkləyənləri sevindirmək istəyirik. Həm gözəl oyun, həm də nəticələrimiz yaxşı olmalıdır”. 

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir